
Rumıniya polisi kiçik şəhərciyin sakinlərinin evlərində baş verən dağıntılarla əlaqədar başladığı araşdırmalara son qoyaraq bu hadisələrin kabus tərəfindən törədilməsini rəsmən etiraf edib. Bu mənzillərdə yaşayanlar qeyri-adi hadisələrin şahidləri olduqlarını iddia edirlər: pəncərələr qəfildən qırılır, velosipedlər havada uçur, əşyalar masa üzərində müstəqil hərəkət edir, şamlar isə heç bir hava axını olmayan yerlərdə gözlənilmədən sönürdülər. Bəzi mənzillər isə tamamilə darmadağın halına gətirilib. Polis əvvəlcə sakinlərin şikayətlərini ciddi qəbul etməyib. Amma daha dərin araşdırmalar zamanı asayiş keşikçiləri baş verənləri öz gözləri ilə görüblər. Təcavüzə məruz qalmış evlərdən kabusların qovulması üçün keşiş dəvət olunub.
Mənbə: Həftə içi qəzeti