Xazar Blog > Maraqlı > İngiltərədə qadın nigah kəsdirməyə tabutda gedib

İngiltərədə qadın nigah kəsdirməyə tabutda gedib


12 Mart 2008. Müəllif: Caspian
İngiltərədə qadın nigah kəsdirməyə tabutda gedibQadın nigah salonuna tabutun içində cənazə arabasında gedərək 27 il əvvəl başlanan sevgisini rəsmiləşdirib.
İngiltərədə indiyə qədər bənzəri olmayan bir nigah baş tutub. Qara geyimli və üzünü qara tüllə örtən gəlin uşaqlıq məhəbbəti ilə evlənəcəyi nigah salonuna tabutun içində cənazə arabası ilə gedib. Həyatlarının qalan hissəsini birlikdə keçirməyə söz verən bəylə gəlin yüz nəfərin qatıldığı qonaqlıqla evləniblər.

45 yaşlı Julie Villiams ilə 49 yaşlı Dylan Holroydun 27 il əvvəl başlanan sevgisi nigahla nəticələnib. Onlar bir-birlərini uşaqlıqdan tanısalar da, evlənməyə qərar verdikdən sonra yolları ayrılıb. Başqa insanlarla evlənən iki sevgili ötən il yenidən rastlaşıb. Bundan sonrasını Julie Villiams belə anladıb: «Dylonın boynuna it xaltası keçirdim. Və ona «Artıq səni əlimdən qaçırmayacağam» dedim. Sonunda da evləndik».


Mənbə: /ANS PRESS/