
Tayvanda bir nəfər 103 yaşında dünyasını dəyişən atasının dəfn mərasiminə striptiz göstərən qız dəvət edib. Yarıçılpaq qız düz 10 dəqiqə ərzində dəfnə toplaşan adamların qarşısında rəqs edib. Mərhumun oğlu Kay Ruiqonq buna görə rəqqasəyə xeyli pul ödəyib. Kayın sözlərinə görə, atası sağ ikən ona söz verib ki, 100 ildən çox yaşasa, onun dəfninə striptiz rəqqasəsini dəvət edəcək. Çünki mərhum sağlığında strip-şouların böyük həvəskarı imiş. O, belə şouları izləmək üçün yaşadığı adanın müxtəlif bölgələrinə səfərlər edibmiş. 103 yaşlı kişi seçkidə iştirak edib öz namizədinə səs vermək üçün piyada qonşu kəndə gedəndən sonra halı pisləşib və dünyasını dəyişib.
Mənbə: Gün səhər