
Avstraliyanın 44 yaşlı sakini İen Aşer İnternetdə özünü, həyatını, hər şeyini satışa çıxarıb. O, hətta dostlarını da virtual hərraca çıxarmağa razıdır. İen həyat yoldaşından boşanandan sonra bu qərara gəlib. O, həyatını tamamilə yenidən qurmaq istəyindədir. Buna görə də əvvəlki həyatını xatırladan hər bir şeyi özündən kənarlaşdırmaq məqsədilə belə qeyri-adi qərar verib. Aşer evini, avtomobilini, motosiklini çox ucuz qiymətə satıb. O, hətta iş yerini də satışa çıxarıb. İenin işlədiyi idarənin rəhbərliyi onun mal-mülkünü satın alan adamı iki həftəliyinə sınağa götürməyə razılıq veriblər. Alqı-satqı başa çatandan sonra Aşerin əlində yalnız pasportu və əynindəki geyimi qalıb. İndi o, bilet tapacağı ilk reysə minib ölkəni tərk etmək niyyətindədir.
Mənbə: Güm səhər