Xazar Blog > Din > Baş tutmayan görüş

Baş tutmayan görüş


19 Mart 2008. Müəllif: Caspian
Baş tutmayan görüşNümunəvi davranış müqabilində Roma papasının qəbuluna düşmək şərəfinə nail olan italiyalı məhbus fürsətdən istifadə edərək aradan çıxıb. Hər həftə keçirilən Roma papası Benediktlə görüşmək üçün Ancelo di Cennaro və daha 3 məhbus "Castrogno di Teramo" həbsxanasından yola düşüb. Baxmayaraq ki di Cennaronu əvvəllər dəfələrlə evə buraxıblar və o, hər dəfə geri qayıdıb, məhbus bu dəfə Romada gözdən itib. Bütün görülən tədbirlərə rəğmən məhbusu ələ keçirmək hələ də mümkün olmayıb. Papanın qəbulu hər həftənin çərşənbə günləri saat 11-də təşkil olunur. Tədbirə biletlər pulsuz təqdim olunur və bura daxil olmaq üçün sadəcə papa prefekturasına sifariş yollamaq lazımdır.




Mənbə: Həftə içi