Xazar Blog > Araşdırma > Dinamik ciyərlər

Dinamik ciyərlər


19 Mart 2008. Müəllif: Caspian
Dinamik ciyərlər Suda faktik olaraq səssiz hərəkət etməyə və müxtəlif manevrlər etməklə yanaşı, özlərini ifşa etməməyə alliqatorlara nə yardım edir? Yuta universitetindən olan alimlər məhz bu sual ətrafında araşdırmalar aparıblar. Bəlli olub ki, sürünənlərin yardımına ağ ciyərləri gəlir. Üzgəclərini və ayaqlarını işə salmaq əvəzinə, timsahlar çəki mərkəzini dəyişdirmək üçün ciyərlər ətrafında olan əzələlərdən istifadə edirlər: məsələn, hava ilə dolu ciyərlər quyruq hissəsinə tərəf yönələndə alliqator suyun təkinə batır, başına tərəf hərəkət etdikdə isə - suyun üzünə çıxır. Timsah bədənini fırlatmaq üçün ciyərlərini böyrünə istiqamətləndirir. Alimlər 2 yaşı olan Missisipi alliqatorları üzərində eksperimentlər aparıblar. Onların uzunluğu cəmi 40 - 50 santimetr təşkil edir (daha böyük timsahların uzunluğu 5 metrə çatır).



Mənbə: Həftə içi