Xazar Blog > Maraqlı > İtini tapana 1000 dollar verəcək

İtini tapana 1000 dollar verəcək


20 Mart 2008. Müəllif: Caspian
Xazar.comMəşhur amerikalı dizayner Viki Tayl sevimli itini itirib. O, Addi ləqəbli çoban itini tapana 1000 dollar dəyərində mükafat vəd edir. “Neymann Markus” ticarət şəbəkəsinin dizayneri olan Viki dünya turnesinə çıxarkən yolda iti xəstələnib. Təcili baytara müraciət edən Vikinin fikrincə, iti həmin baytarxanada ilk dəfə olduğundan qorxub və qaçıb: “Addi çox qorxaqdır. Ümid edirəm ki, yaxşı bir insan onu tapacaq və mənə qaytaracaq”. Gülməlisi odur ki, pula pul deməyən dizayner özü küçələri gəzir, itinin yoxa çıxması barədə divarlara elanlar yapışdırır. Bundan başqa, o, qarşısına çıxan hər bir kəsdən sevimli heyvanını görüb-görmədiyini soruşur.



Mənbə: Gün səhər