Xazar Blog > Maraqlı > Balaca xilaskar

Balaca xilaskar


20 Mart 2008. Müəllif: Caspian
Balaca xilaskar İngiltərəli körpə anasının bihuş olmasından sonra müstəqil olaraq "təcili yardım" çağırıb. 2 yaşlı Coşua Bruks 999 nömrəsini yığaraq operatora "anam oyanmır" ismarıcını göndərib. Operator körpəni sakitləşdirmək üçün onunla söhbət edən zamana qədər polis 6 dəqiqə ərzində zəng daxil olan evi aşkarlayıb. Tibb işçiləri qadına ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya yerləşdiriblər. Daha sonra bəlli olub ki, Coşuanın anası - 30 yaşlı İzabella Bruks nadir ürək xəstəliyindən əziyyət çəkir. Elə bu səbəbdən də qadın Coşua ilə onun böyük bacısını danışmağa başladıqları ilk günlərdən "təcili yardım"a müraciət etməyi öyrədib.



Mənbə: Həftə içi