
Polşa polisi evdən qaçmış və velosipedi ilə Çinə getmək niyyətində olan hollandiyalı yeniyetməni həbs edib. Həmin ana qədər gənc artıq 960 kilometr qət etməyi bacarıb. Saxlanılan an 16 yaşlı Kolin Bekyerin üzərindən cəmi 12 dollar nağd pul, qida məhsullarından isə yalnız 1 butulka mineral su və çips qutusu götürülüb. Polis yeniyetməni evdən qaçdığı andan axtarır. Oğlanın sözlərinə əsasən, onu doğma ocağı tərk etməyə ögey atasına qarşı bəslədiyi kin səbəb olub. Hollandiyadakı evindən çıxdıqdan sonra Kolin Almaniyanı tam olaraq və Polşanın bir hissəsini qət edib. Son məqsəd isə Çin olub. Öz seçimini yeniyetmə belə izah edib: "Mən orda heç vaxt olmamışam. Çox istərdim Çinlə tanış olum". Ancaq bu arzulara Prjemkov şəhərinin sakini mane olub. Küçədə polyak dilini bilməyən yeniyetməni gördükdən sonra o, polisə müraciət edib. Hazırda Kolin uşaq bərpa mərkəzində saxlanılır və gələcək taleyinin necə olacağını gözləyir.
Mənbə: Həftə içi