Erməni qızı
Bir erməni qızı var,
Boyu bir qarış olmaz.
Gözü kor, özü axsar,
Heç kimlə tanış olmaz.
Danışır yavaş- yavaş,
Mənə deyir ki, qardaş,
Daha sizlə nə savaş,
Nə də ki barış olmaz.
Mən də gəlirəm dilə:
Ay sizi belə- belə,
Daha mədəni dillə,
Sizlə davranış olmaz.
O da coşub, çağlayir,
Görürəm ki, ağlayır.
Deyir: Allah saxlayır,
Sizə oyanış olmaz.
Özündən razısınız,
Heç maraqlanmısınız?
Hanı əsir qızınız?
Belə axtarış olmaz.
Mənim atam, aşotyan,
Anam, azəri Ceyran,
Bir qızı qorumayan,
Xalqa qurtuluş olmaz.
Raqif Raufoglu- 13.02.2008.
Səslər
Ürəyinin istədiyi yerdə dayan,
Bir anlığa qaçhaqaça de ki, bəsdir.
Gözünü yum, bir qulaq as,oyan- buyan,
Nə duyursan, eşidirsən, yalnız səsdir,
Insan səsəi, maşın səsi, külək səsi,
Bütün səslər bir-biriylə bəhsəbəhsdir.
Hərəkətdə olan səslər silsiləsi,
Dünya səsdən yaranan bir göy qəfəsdir.
Bu qəfəsə var ol deyən bir səs də var,
O gizlidir, həm aşkardır, müqəddəsdir,
O səs daim səssizlikdə saxlanıbdır,
Bütün sözlər bax o səsdən yaranibdir.
Raqif RAUFOGLU.