Avstraliyalılar arasında piylənmədən əziyyət çəkən insanların sayı artmaqdadır. Səhiyyə orqanları xəstəxana və poliklinikaları ağır çəkili pasiyentlər üçün xüsusi "təcili yardım" maşınları ilə təchiz etmək məcburiyyətində qalıb.
Avstraliyada 15 yaşdan yuxarı əhalinin yarısı artıq çəkidən əziyyət çəkir. Hər 5 uşaqdan biri şişmandır.
Alimlər deyirlər ki, 2030-cu ilə qədər Avstraliyada uşaqların yarısı piylənmədən əziyyət çəkə bilər.
Və bu problemin aradan qaldırılması ölkəyə milyonlarla dollara başa gəlir.
Həkimlər narahatdırlar ki, bunun nəticəsində ömrün uzunluğu da qısala bilər.
Ekspertlər piylənmənən səbəbini düzgün qidalanmamaqda və fiziki fəaliyyətin zəif olmasında görürlər.
Ağır çəkili pasiyentlər üçün xüsusi təcili yardım arabaları Avstraliyada bir neçə il bundan əvvəl ilk dəfə peyda olub.
2004 ildən bəri bu avadanlığın sayı iki qat artıb.
Mənbə: BBC