
Kremasiyaya məruz qalmış insan cəsədlərinin külünü Yer orbitinə göndrməklə məşğul olan Amerika şirkəti 2009-cu ilin əvvəlində xidmət siyahısını genişləndirmək və Ayı Yer sakinləri üçün qəbiristanlığa çevirmək niyyətindədir. Tabut və xüsusi urnalar əvəzinə külü Ay səthinə enməyə qadir olan modulların içinə dolduracaqlar. Bu modullar planetimizin təbii peykində bir növ qardaşlıq məzarlıqları funksiyasını daşıyacaq. "Celestis" şirkəti bir qram (!) insan külünün kosmosa göndərilməsi üçün 10 min dollar tələb edir. Cütlüklərə xüsusi güzəştlər nəzərdə tutulub. Belə ki, 14 qram külə vəfat edənlərin qohumları "cəmi" 30 min dollar ödəyəcəklər. "Celestis" insan cəsədlərinin küllərini Aya "Odyssey Moon" və "Astrobotic Tecnology" şəxsi firmaların vasitəçiliyi ilə göndərəcək.
Mənbə: Həftə içi