
Şəxsi evinin damında özünü asan Almaniyanın Balingen şəhərindəki pivə barının sahibi 60 yaşlı Uli Şteqmayer özünə qəsd etməzdən əvvəl yazdığı namədə ölümünün əsas səbəbi kimi ictimai yerlərdə siqaret çəkməyə qoyulan qadağanı göstərib. Almaniyalı 30 il ərzində pivə barına rəhbərlik edib. 2007-ci ilin avqustunda ictimai yerlərdə siqaret çəkilməsinə qadağanın qüvvəyə minməsindən sonra bura gələnlərin sayı kəskin surətdə aşağı düşüb və barın gəliri 20 faiz azalıb. Şteqmayer pivə barının bağlanmasından ehtiyatlanaraq qadağa ilə mübarizə aparmağa çalışıb. O, xüsusi təşəbbüs qrupunun fəaliyyəti üçün müəyyən məbləğdə ianələr də verib. Şteqmayerin bu dünyada dul arvadı və 5 uşağı qalıb.
Mənbə: Həftə içi