
8 yaşlı yəmənli qız 2,5 ay yarım birgə həyat sürdüyü 28 yaşlı ərindən boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət edib. Bu barədə "əl-Əyam" qəzeti yazır. İkinci sinif şagirdi olan Nucud Məhəmməd Əlini valideynləri nikah haqqında müqavilənin qüvvəyə yalnız qız 18 yaşa dolandan sonra qüvvəyə minəcəyi şərti ilə ərə veriblər. Amma nikah bağlanandan cəmi bir həftə sonra qızı ər evinə aparıblar. Bundan sonra da 8 yaşlı Nucud valideynlərini məhkəməyə verib. Dinləmələr zamanı qızın atası bildirib ki, belə addımı atmağa onu ağır maddi vəziyyət və qızının qaçırılma təhlükəsi vadar edib. Kişinin sözlərinə görə, Nucudun böyük bacısını artıq qaçırıblar. Məhkəmə sonda şagirdin iddiasına müsbət rəy verib və qız yenidən məktəbə, təhsilini davam etdirməyə qayıdıb. Qeyd edək ki, Yəməndə nikaha girmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Eyni zamanda məlumat üçün bir xatırlatma: islama görə qızlar yetkinliyə 9 yaşında çatırlar.
Mənbə: Həftə içi