Xazar Blog > Texnologiya, Maraqlı > Ayda gül və meyvə plantasiyaları

Ayda gül və meyvə plantasiyaları


18 Aprel 2008. Müəllif: Caspian
Ayda gül və meyvə plantasiyalarıAyda güllərin bəslənəcəyi vaxt, bəlkə də çox uzaqlarda deyil. Hər halda, Avropa Kosmik Agentliyindən (EKA) olan alimlər belə iddiadadırlar. Mütəxəssislərin dediklərinə görə, elə gül növləri var ki, xırdalanmış daş qırıntılarında da mövcudluqlarını sürdürməyə qadirdi. Ay səthini də bənzər qırıntılar örtür. Alimlər apardıqları eksperimentlər nəticəsində bitkilərin Aydakı şəraitdə yaşamalarını daha dərindən öyrənməklə yanaşı, həmçinin insanların Yerin təbii peykinə köçürülməsi variantlarını da nəzərdən keçirirlər. Mütəxəssislər qrupunun rəhbəri Riçard Foinq bildirib ki, əvvəlcə elementar həyat şəraitini təmin etmək üçün su təchizatı yaradılacaq. Məhz bu "texnoloji maket" üzərində gələcək layihələr qurulacaq. Artıq bu sahədə planlar da hazırdır. Alimlər əvvəlcə Ayda qutularda toxumlarl və qidalandırıcı maddələr yerləşdirmək niyyətindədirlər. Onlara su təchizatını təmin edən və süni atmosfer yaradacaq qurğular xidmət göstərəcək. Toxumların əkiləcəyi torpaq məhz Aydan götürüləcək və mütəxəssislər gələcəkdə bu torpağa, ümumiyyətlə, qidalandırıcı maddələr əlavə etməyəcəklərinə əmindirlər. Foinqin sözlərinə görə, əgər hər şey planlaşdırıldığı ssenari üzrə getsə, o zaman Ay şəraitinə daha yaxşı uyğunlaşan bitkilər kataloqu yaradılacaq. Bundan sonra söz gen mühəndislərinindir. Məhz onlar əldə edilən kataloqa əsaslanaraq Ayda meyvə və tərəvəzin yetişdirilməsinə çalışacaqlar.


Mənbə: Həftə içi