Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

İstəyirsən bal-çörək, al əlinə bel-kürək
 
Yazını böyüt :       
 
 
İstəyirsən bal-çörək, al əlinə bel-kürək Qarşıdan yay gəlir. Hərə bunu bir cür keçirməyə çalışacaq. Kimi işləyəcək, kimi dincələcək, kimi oxuyacaq. Bəs yayı fərqli necə keçirmək olar? Yay universitetləri (Summer Universites) yayı fərqli və maraqlı keçirmək üçün ideal sayıla bilər. O zaman əliniz cibinizdə olsun!
   Yay universitetləri (YU) nədir?
   Yay universitetləri tətilin keyfiyyətli və maraqlı keçməsi üçün 1-2 həftəlik təşkil olunan əyləncəli ekskursiyadır. Bu, əsasən gənclərə ünvanlanıb. Azərbaycanda bunu təşkil edən qurumlar demək olar ki, azdır. Bunlardan biri Avropa Tələbələr Forumudur (ATF). Bu il də ATF Yay universitetləri təşkil edəcək. Təşkilatın Yay universitetləri üzrə koordinatoru Fəridə Yusifova bildirir ki, burda iştirak etmək üçün yaş həddi 18-35 civarındadır.
   Yay universitetlərində necə iştirak edə bilərəm?
   Fəridə Yusifovanın dediyinə görə, burda iştirak üçün ATF-yə üzv olmaq lazımdır: “Hər bir gənc əvvəlcə üzvlük haqqını ödəməlidir. Ödəniş 30 manatdır. 16 manat illik abunə haqqı, 14 manat daxili ödənişdir. Bura kommunikasiya xərcləri (telefon, internet və s.) daxildir.” Bundan sonra gənclərə kart verilir və bu kartın əsasında qeydiyyatdan keçmək lazımdır: “Gənclər ərizə formalarını dolduraraq ATF-nin üzvü olurlar”. O həmçinin bildirdi ki, ərizələr üçün son gün 24 apreldir.
   Tələbə adını necə qazana bilərəm?
   F.Yusifova dedi ki, ərizələr doldurulandan sonra müvafiq qurumlara göndərilir: “Hər bir gənc ölkəni və şəhəri özü seçir. Seçilmək üçün ingilis dilini orta səviyyədə bilmək lazımdır, ərizə formasını yazmaqdan da çox şey asılıdır. Burda gənc əsaslandırmalıdır ki, yay universitetində niyə iştirak etmək istəyir. Ərizə nə qədər tez yazılsa, seçilmək şansı daha çoxdur”. O vurğuladı ki, hər il təqribən 30 tələbə seçilir və bir neçə gənc gözləmə siyahısına düşür: “Əgər seçilən tələbələrdən iştirak edən olmasa, onda gözləmə siyahısında olan gənclər seçilir. Bir şəhər üçün 10 nəfər müraciət edibsə, ən azı 2 nəfər seçilir, bəzən bu 3 nəfər də ola bilər. Seçimdə gender balansı nəzərə alınır. Ona görə gənclər boş olan şəhərləri seçsə, tələbə olmaq şansı yüksək olar”.
   Əliniz cibinizdə olsun
   Seçilən tələbələrə müvafiq qurumlardan dəvətnamə gələcək. Bundan sonra tələbə bilet pulu və viza haqlarını ödəməlidir . İştirak haqqı bu tələbənin seçdiyi şəhərə uyğun dəyişir. Əsasən qiymətlər 120-270 manat civarındadır. Bura 2 həftə ərzində yer, yemək, nəqliyyat, gəzinti, şənlik məclisləri, müxtəlif kurs xərcləri daxildir. Fəridə xanımın sözlərinə görə, burda ucuz yolla da iştirak etmək olar: “Hər şey gəncin strategiyasından asılıdır. Məsələn, tutaq ki, tələbə Afinaya birbaşa uçuşla getmir (bu, çox bahadır), əvəzində Türkiyəyə gedir və ordan qatarla və ya gəmiylə Afinaya keçir. Bu, artıq gəncin öz seçimidir”.
   Şimal ölkələrinə səyahət çox baha başa gəlir, nisbətən ucuz Türkiyədir.
   Həm ziyarət, həm ticarət
   Yay universitetləri həm maarifləndirici, həm də əyləncəli xarakter daşıyır. Yay universitetlərinin 5 növü var:
   Dil kursları - tələbə seçdiyi ölkənin dilini ilkin səviyyədə öyrənir. Müxtəlif treninqlər təşkil olunur. Sonda sertifikatlanır.
   Dil kursları + - tələbənin 2 dil öyrənmək şansı var. Həmçinin burda tələbələrə üzgüçülük, surfing, çadır qurmaq, piknik təşkil etmək qaydaları və s. öyrədilir.
   Yay kursları - burda müxtəlif debatlar olur. Mövzular seçilir və tələbələr müzakirə edir. Həmçinin Avropa gecələri təşkil edilir və hər ölkədən gələn 2 tələbə öz xalqının adət-ənənəsi, yeməkləri, içkiləri, bayrağı və s. barədə digər tələbələri bilgiləndirir, prezentasiyalar keçirir.
   Yay kursları + - burda tələbələr müxtəlif rəqs kurslarına yazılır. İki həftə ərzində onlar latın rəqslərini - manqo, salsa, tanqo və s öyrənirlər.
   Səyahət - tələbələr ən çox bu növü sevirlər. Burda 2 müxtəlif şəbəkənin (məsələn, Boloniya ilə Hamburq şəbəkəsi) tələbələri birləşib səyahət təşkil edir və gəmi ilə cürbəcür yerlərə gəzintilər olur. Burda yalnız əylənib dincəlmək var. Səyahət ən bahalı yay universiteti növüdür.  
   Fəridə Yusifova bildirdi ki, gənclər ərizədə 3 yay universiteti növünü seçə, ancaq yalnız birində iştirak edə bilər.
   Bir tələbə təəssüratı
   Tələbə Nəzrin Səlimxanova ötən il yay universitetində iştirak edib və tətilini Almaniyada keçirib: “Tətilimi Köln şəhərində müxtəlif gənclərlə keçirdim. Mən alman dilini öyrənmək üçün gəlmişdim”. Nəzrin o anları unudulmaz hesab edir: “Orda hər gün səhər saat 9-dan 1-dək alman dili dərsi idi. Kursdan sonra uşaqlarla bazarlıq edirdik, gəzintilərimiz, düşərgələrimiz olurdu, şəhərin görməli yerlərində xatirə şəkilləri çəkdirirdik. Axşamlar müxtəlif məclislər, festivallar, yarışmalar olurdu. Almaniyalı tələbələri daha yaxından tanıdım, onlar haqqında çox şey öyrəndim”. Nəzrin söyləyir ki, yay universiteti ona çox şey verib: “Adam həm dincəlir, həm dil öyrənir, həm də əylənir. Həmçinin gözəl dostlar qazandım, bir sözlə, tətilimi super keçirdim. Bunu hər bir gəncə diləyirəm”.
   Statistik bilgilər
   ATF 1985-ci ildə yaradılıb. Yay universiteti layihəsi isə 1988-ci ildən fəaliyyət göstərir. ATF-nin Avropanın 160-ya yaxın şəhərində filialı var. Fəridə Yusifova bildirir ki, ATF  Azərbaycanda fəaliyyətini 2004-cü ildə başlayıb və  üç şəhərdə - Bakı, Gəncə və Lənkəranda filiali var. O qeyd etdi ki, bizim tələbələr əsasən dil kurslarına üstünlük verirlər: “Gənclərimiz dil öyrənmək üçün ən çox Almaniya, İtaliya və İspaniyanı seçirlər”.
   Əziz gənclər, seçim sizindir. Tətili yay universiteti formatında keçirməyə dəyər!


Mənbə: Gün səhər qəzeti
 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Umberto Eko: Müasir yazıçı qəzet səhifəl ...
  • Piy əritməklə arıqlamağın riskləri
  • Tutumlu qida və yaxşı maaş arasında birbaşa & ...
  • BİZNESİN DİQTƏ ETDİYİ ŞOU
  • Lənətlənmiş firon
  •  
     
     (səs sayı: 0)
    Şərhlər (0)  Çap et
     
     
    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    Aprel 2008    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30