Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

Türkmənistan köhnə təqvimi qaytarır
 
Yazını böyüt :       
 
 
Türkmənistan köhnə təqvimi qaytarırNiyazovun ilin ayları və günlərinə verdiyi qəribə adlar ləğv edilir.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ayların və həftənin günlərinin ümumi qəbul edilmiş adlarının qaytarılması təşəbbüsünü dəstəkləyib. Köhnə təqvimi qaytarmaq təklifi ilə prezidentə parlamentin sədri Ağca Nurberdıyeva müraciət edib.
   Nurberdıyeva bildirib ki, köhnə təqvimə qayıtmaqla bağlı zəhmətkeşlərin müraciətləri və məktubları daxil olur. O, Qorqud ayının 1-dən (iyul ayı) köhnə təqvimə qayıtmağı təklif edib. Parlamentin spikerinin sözlərinə görə, bu qərar Türkmənistanın dünya birliyinə inteqrasiyasına yönələn islahatlara uyğun gəlir. Qurbanqulu Berdıməhəmmədov isə köhnə adlara qayıtmaq məsələsinin parlamentin gündəliyinə salınması ilə razılaşıb. Prezident qısa müddət ərzində müvafiq qərar hazırlanması barədə göstəriş verib.
   Xatırladaq ki, ayların adı 2002-ci ilin avqustunda mərhum prezident Saparmurad Niyazov tərəfindən dəyişdirilib. Bu adlar onun hakimiyyəti dövrünü, eləcə də türkmənlərin tarixini əks etdirməliymiş. Niyazovun qərarı ilə yanvar ayı "Türkmənbaşı", aprel ayı onun anasının adı ilə "Qurbansoltan", noyabr ayı hərbi komandanın adı ilə "Sancara", iyun ayı "Oğuz", fevral ayı "Bayraq", sentyabr isə "Ruhnamə" adlandırılıb. Müvafiq olaraq digər ayların da adı dəyişdirilib. Üstündən bir il keçəndən sonra Türkmənbaşı həftənin günlərinin adlarını da dəyişib. Bazar ertəsi “baş gün”, bazar günü isə “dinc gün” adlandırılıb. Şənbə isə Niyazovun “Ruhnamə”sini oxumaq üçün ayrılaraq “ruh gün” adlandırılıb.


Mənbə: Gün səhər
 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Efirdə tarakandır!
  • Liderlərin məvacibi
  • "Ağac"ın "köklərini" qurudurlar
  • Azərbaycana aid domainlərin xarici istismarı.
  • Amerikada 1 dollara ev satıldı
  •  
     
     (səs sayı: 1)
    Şərhlər (0)  Çap et
     
     
    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    Aprel 2008    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30