Xazar Blog > Araşdırma > Siqaretə qarşı peyvənd

Siqaretə qarşı peyvənd


1 May 2008. Müəllif: Caspian
Siqaretə qarşı peyvəndİsveçli alimlər dünyanın ən ölümcül alışqanlığı - siqareti atmağa yardım edən bir peyvənd hazırlayırlar. Bu dərmanı hazırlayan və Stokholmdakı Karolinska Universitetində yerləşən “Independent Pharmeceutica” adlı özəl şirkət nikotinə qarşı peyvəndi 400 nəfər üzərində sınaqdan keçirəcək. Dərmandan sonra siqareti buraxanlar və yenidən çəkməyə başlamayanlar üzərində analizlər aparılacaq. Əgər peyvəndin fəsadları ortaya çıxmazsa, sonradan həmin peyvənd siqaret vərdişini atmaq istəyənlərə tətbiq ediləcək. Bütün testlər uğurlu nəticə verərsə, həmin şirkət iri bir dərman zavodu ilə əməkdaşlıq etməyə başlayacaq. Dərmanı yaradanlar deyirlər ki, peyvənd üçün istifadə olunan maddə nikotin molekullarının qarşısını alan antizərrəciklər yaradır və onların böyüməsinə səbəb olur ki, bu da nikotinin beyinə girməsinə əngəl olur. Nəticədə isə siqaret çəkən insan ondan zövq almır. Ona görə də tədricən belə adamlarda siqaret çəkmək istəyi yoxa çıxır.



Məənbə: Gün səhər