Xazar Blog > Maraqlı > Abramoviçin qızına 400 min dollarlıq hədiyyəsi
Abramoviçin qızına 400 min dollarlıq hədiyyəsi8 May 2008. Müəllif: Caspian |
Roman Abramoviç qızının 16 yaşının tamam olması münasibətilə ona 400 min dollarlıq məclis təşkil edib. O, qızı Annanın ad gününü layiqincə qeyd etmək üçün Londondakı ən populyar və elitar klublardan birini bağlatdırıb. Təkcə klubun icarəsinə 240 min dollar sərf olunub. Adətən, ad gününə gələnlər səbəbkara hədiyyə verirlər. Amma bu məclisdə əksinə olub. Abramoviçin qızının qonaqlarına müxtəlif hədiyyələrlə dolu çantalar paylanılıb. Musiqi tərtibatı və di-ceylərə təxminən 20 min dollar xərclənib. Annanın dostlarının geyinib-soyunması üçün 40 min dollarlıq otaq, 30 min dollarlıq rəqs zalı hazırlanıb. Yeyib-içməyə isə 140 min dollar sərf olunub. Anna deyir ki, bu, onun həyatında ən yaddaqalan gün olub. MMənbə: Gün səhər |