Xazar Blog > Araşdırma > Səhhətinizin keşiyində

Səhhətinizin keşiyində


14 May 2008. Müəllif: Caspian
Səhhətinizin keşiyində Yaponiyanın "Fujitaka" firması siqaret çəkənin yaşını avtomatik rejimdə müəyyənləşdirməyə qadir olan cihaz yaradıb. Daxilində quraşdırılmış kamera vasitəsilə sözügedən ixtira sifətdəki qırışları və dərinin sallanma dərəcəsini saf-çürük edəcək və potensial alıcının 20 yaşı tamam olub-olmaması haqqında qərar verəcək. Yaponiyada yalnız 20 yaşına dolanlar siqaret almaq hüququna malikdirlər. "Fujitaka" firmasının rəsmiləri bildiriblər ki, cihazın yaddaşında 100 min nəfərin üzərində aparılan tədqiqatlar haqqında məlumat cəmlənib. Qurğunun testdən keçirilməsi zamanı onun 90 faiz dəqiqliklə alıcının yaşını təyin etməsi bəlli olub. "Fujitaka" səhvən 10 faiz arasına düşənləri də sakitləşdirib. Onlar sadəcə olaraq xüsusi dəliyə şəxsiyyət vəsiqələrini yerləşdirməklə orqanizmlərini zəhərləmək şansını əldə edəcəklər. Yaponiyanın Səhiyyə Nazirliyinin açıqlamalarına əsasən, ölkədə 17 - 18 yaş aralığında olan qızların 4, oğlanların isə 13 faizi gün ərzində heç olmasa 1 siqaret çəkir.



Məənbə: Həftə içi