Xazar Blog > Maraqlı > Türmədən qaçan məhbus özü ora qayıdıb
Türmədən qaçan məhbus özü ora qayıdıb15 May 2008. Müəllif: Caspian |
Britaniyanın Derbişir qraflığındakı Sadberi həbsxanasından qaçan bir məhbus özü-öz ayağı ilə geri qayıdıb. 42 yaşlı Uesli Krouford törətdiyi qarətə görə 12 il müddətinə azadlıqdan məhrum edilibmiş. 2001-ci ildə həbs edilən Uesli bu yaxınlarda türmədən qaça bilib. Lakin çox keçməyib ki, özü geri qayıdıb və həbsxananın qapısını döyüb. “Nə olar, məni yerimə qaytarın” deyən Uesli azadlıqdakı həyatı bəyənmədiyini söyləyib. O bildirib ki, onun üçün həbsxanadakı həyatı daha rahat və komfort imiş. Krouford açıq tipli zindanda qalırmış. Onun saxlandığı kameranın qapısı açıq qalırmış. Uesli istədiyi vaxt çölə çıxır, televizora baxır, idmanla məşğul olur, hətta bir neçə çeşid yeməkdən seçib özünə sifariş edirmiş. Bu cür həyat şəraitini qoyub qaçdığı üçün peşman olan Uesli tezliklə geri qayıdıb.Mənbə: Gün səhər |