Xazar Blog > Texnologiya, Maraqlı > Qeyri-adi satış

Qeyri-adi satış


16 May 2008. Müəllif: Caspian
Qeyri-adi satış Böyük Britaniyanın Bakinqempşir qraflığının Bletçli şəhərində yaşayan 44 yaşlı Pol Osborn arvadı Şeronu ona xəyanət etməkdə şübhəli bilərək evdən qovmaqla yanaşı, həm də internet-hərraca çıxarıb. "Yalançı arvadı və xəyanətkar qadını" Osborn daha çox pul təklif edənə verəcəyini bildirib. Bir neçə gündən sonra Şerona görə təklif olunan məbləğ təqribən 1 milyon dollara yaxınlaşıb. Lakin 43 yaşlı qadın heç vaxt ərinə xəyanət etmədiyini bildirərək polisə şikayət ərizəsi ilə müraciət edib. Hər şey isə cari ilin mart ayında başlayıb. Bəzi "dostlar" Pola 24 il birgə həyat sürdüyü və 2 uşaq tərbiyə etdiyi Şeronun iş yoldaşı ilə ona xəyanət etdiyini deyiblər. Kişi də öz növbəsində qadını evdən qovub. 3 həftə əvvəl Şeron uzun yalvarışlardan sonra yenidən ailəsinə dönüb. Amma xoşbəxtlik uzun sürməyib. Cəmi 8 gündən sonra qəzəblənən Osborn arvadını yenidən küçəyə atıb. Bu azmış kimi, hələ harracda elan da yerləşdirib: "Mən çox qəzəblənmişdim. Amma səhvimi başa düşəndən sonra elanı geri götürdüm". Polun hoqqalarından təngə gələn Şeron və iş yoldaşı sonda məsələyə polisin aydınlıq gətirməsini istəyiblər.


Mənbə: Həftə içi