Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

Təhlükəli gəmirici
 
Yazını böyüt :       
 
 
Təhlükəli gəmirici Şotlandiyanın ətraf mühitin mühafizəsi nazirliyi Böyük Britaniyanın vəhşi təbiətindən təqribən 400 il əvvəl yoxa çıxan qunduzları süni yolla yaymaq haqqında qərar qəbul edib. 2007-ci ilin payızında Avropanın ən iri gəmiricilərindən olan bu heyvanların 4 ailəsi Norveçdən gətirilib və hazırda Şotlandiyanın Kral Zooloji Cəmiyyətinin nəzarəti altında uyğunlaşma prosesi keçirlər. 2009-cu ilin payızında 20 qunduzun Napdeyl yaxınlığında azadlığa buraxılması planlaşdırılıb. Gəmiricilərin bədənlərinə ötürücülər və mikroçiplər bərkidiləcək. Bu onların bütün hərəkətlərinə nəzarət etməyə imkan yaradacaq. Gələcəkdə vəhşi təbiətdən yoxa çıxmış digər heyvan növlərinin bərpası üçün oxşar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Lakin yerli fermerlər baş verənlərdən çox narahatdırlar. Onlar qunduzların sayının artmasından sonra əkin sahələrinin və yolların su altında qalacağından ehtiyatlanırlar. Fermerlər qeyd olunan heyvanların Baltikyanı ölkələrin və Bavariyanın ərazisində yerləşdirilməsindən sonra ətraf mühitə vurulan ziyanı xatırladıblar. Məsələ burasındadır ki, su hövzələri yaxınlığında məskən salan qunduzlar ağacların qabıqları ilə qidalanırlar. Bunun üçün onlar ağacların köklərini gəmirib aşırırlar. Nəticədə əmələ gələn bəndlər bir çox problemlər yaradır. Maraqlıdır ki, qunduzların Böyük Britaniyanın meşələrinə qaytarılması 2005-ci ildə də nəzərdə tutulmuşdu. Amma o zaman fermerlərin kəskin etirazları bu təşəbbüsün reallaşmasına imkan yaratmadı.



Mənbə: Həftə içi
 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Arıdan qorxan yalnız insanlar deyillər
  • Kompyuter oyunları və elektron cihazlar müasir uşaqlara ...
  • Boşanmalar ekologiyaya ziyan vurur
  • Piy əritməklə arıqlamağın riskləri
  • Ayda gül və meyvə plantasiyaları
  •  
     
     (səs sayı: 1)
    Şərhlər (1)  Çap et
     
     

    #1 yazdı: ambassador




    Qrup: Oxucu
    Qeydiyyat: 26.05.2008
    Menim fikrimce, koku kesilmekde olan heyvanlarin sayinin artirilmasi yaxsi bir haldir.Amma ne edek bezi heyvanlar tebiete bu qunduzlar kimi zerer vurur. En yaxsisi hemin heyvanlari xususi qoruqda saxlamaqdir. Bele baxanda da bu tebietin yazilmayan qanunudur. Diger aspektden baxanda " ikiayaqli heyvanlarin " tebiete vurduqlari ziyanin yaninda bu heyvanlarin zereri hec zerre qeder goze gelmir.
    sitat gətir    

    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    May 2008    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31