Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

"Boşanmış qadınla ailə qurmağın savabı böyükdür"
 
Yazını böyüt :       
 
 
"Boşanmış qadınla ailə qurmağın savabı böyükdür"İslamda talaq, boşanmanın şərtləri

Nə üçün evlənmək?
İslamda ailə ülvi və müqəddəs bir ocaqdır və İslam qanunları bu ocağın möhkəmlənməsinə xidmət edir. Şəxsi həyatı başqası ilə bölüşmək insanın fitri ehtiyaclarındandır. Allah-Təala buyurur: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…» («Rum» surəsi, ayə 21). Ayədən məlum olur ki, ailə - insanların bir-birinə fiziki yaxınlığı deyil, mənəvi və ruhi qovuşması üçün bir vasitədir. Lakin bəzən ailə həyatında anlaşılmazlıqlar baş verir. Baxmayaraq ki İslamda ailə insan həyatının ən mühüm sütunlarındandır, dinimiz boşanmaya qaçılmaz müstəsna hallarda icazə verir.

Qoymayın boşansınlar
Ailədəki ixtilafları ər-arvad həll etmədikdə, onlar ağsaqqallar vasitəsilə həll edilməlidir. Allah Quranda buyurur: «Əgər onların (ərlə-arvadın) arasında ayrılıq yaranmasından qorxsanız, onda kişinin adamlarından bir nəfər və qadının adamlarından bir nəfər münsif (təyin edib onların yanına) göndərin. Əgər (bu iki vasitəçi ərlə-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar…» («Nisa» surəsi, ayə 35). Beləliklə də, Allah-Təala ilk addım kimi böyüklərin məsələni həll etməsini tövsiyə edir. Bütün bu və digər səylər nəticəsiz qaldıqda, İslam son dərman kimi boşanmaya icazə verir.

Ərini geri qaytar!
İslam terminologiyasında kişinin arvadını boşamasına «talaq» deyilir. Allah son ana kimi ailənin dağılmamasına şərait yaradır və ən son həddə kimi barışığa yer qoyur. Belə ki, İslamda boşanmanın növlərindən biri «ric’i talaq»dır. Onun mənası qadının gözləməli olduğu «iddə» müddətində kişinin yenidən ona tərəf qayıtması və ailə həyatını yenidən bərpa etməsidir. Bu nə deməkdir? İslama görə, qadın boşanandan sonra iddə gözləməlidir, yəni üç dəfə aybaşı görüb, pak olana kimi başqasına ərə getməməli və bir sıra digər şərtlərə riayət etməlidir. Allah buyurur: «Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və Qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar» («Bəqərə» surəsi, ayə 228).

Niyə məhz 3 ay?
Qadının iddə gözləməsinin səbəblərindən biri boşanarkən hamilə olub-olmamasının tam dəqiqliklə müəyyənləşməsidir. Əksər hallarda qadının hamiləliyi bir dəfə aybaşı olması ilə məlum olur. Amma bəzən hamiləliyin ilk aylarında qadında aybaşı da olur. Bu səbəbdən də Allah iddə müddətini üç aybaşı müddəti miqdarında təyin edib. Cinsi yaxınlıq edilməmiş və aybaşısı kəsilən qadınların isə üç ay iddə saxlamalarına ehtiyac yoxdur. Allah «Əhzab» surəsinin 49-cu ayəsində buyurur: «Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur».

Atəşkəs
İddə saxlamanın digər səbəbi aralarında ixtilaf olan ərlə-arvadın həmin müddət ərzində barışmaq ehtimallarının olmasıdır. Bir çox hallarda insanlar ani anda boşanma qərarı qəbul edirlər. Əsəblər sakitləşdikdən sonra isə bu qərarın tələsik addım olmasını başa düşürlər. Bu kimi halları nəzərə alaraq, Allah-Təala boşanan tərəflərin boşanma əqdi oxunduqdan sonra, təqribən, üç ay yenə ər-arvad kimi qalmalarına və həmin müddət ərzində istənilən an ailə həyatını yenidən bərpa etməyin mümkünlüyünə icazə verir. Həmin müddətdə qadın, hətta hələ də əri ilə bir evdə yaşaya bilər və qadının dolanışığını təmin etmək yenə də kişinin öhdəsinədir. Allah buyurur: «Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəni) sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları - açıq-aşkar bir pis iş (zina) etməyənə qədər - (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar)» («Talaq» surəsi, ayə 1).

Qadının mübarizəsi
Ayədən də göründüyü kimi, Allah kişiyə həmin müddətdə qadını evdən çıxarmamağı, həmçinin, qadına evdən çıxmamağı tövsiyə edərək, Allahın onların qəlblərini yenidən bir-birinə yaxınlaşdırması ehtimalının olmasını buyurur. Lakin təəssüf ki, müsəlmanlar - istər kişi olsun, istərsə də qadın Allahın bu hökmünə əməl etmir və bu səbəbdən də talaq ürəkaçmayan acı sonluqla bitir. Halbuki onların bir yerdə olmaları vəziyyətin dəyişməsinə müsbət təsir göstərə bilər. Hətta həmin müddətdə qadına bu barışığın yaranması üçün bəzənməyə də icazə verilib. İmam Sadiq (ə) deyir: «Talağı verilmiş qadın iddə gözlədiyi müddətdə bəzənə, gözlərinə sürmə çəkə, saçlarını boyaya, ətir vura və istədiyi paltarı geyinə bilər. Çünki Allah-Təala buyurur ki, ola bilsin, Allah bundan sonra yeni bir şərait yaratsın. Qadın bu yolla kişinin qəlbini ələ ala və kişi ona qayıda bilər».

İstəmirəm…
Boşanma nəticəsində həm kişiyə, həm də qadına, həmçinin, uşaqları varsa, uşağa və eləcə də cəmiyyətə dəyən zərbə sarsıdıcıdır. Həm kişi, həm də qadın uzun müddət psixoloji gərginliyin təsiri altında olur. Hətta bəzən bu arzuedilməz xəyali yoldaş insanı uzun illər müşayiət edir və onun özünə və əks-cinsə inam hissini əlindən alır. Belə olduqda, həmin şəxsin yenidən ailə qurmaq ehtimalı çox zəif olur. Bu və digər səbəblərdən Allah hər vəchlə bu işin baş tutmamasına şərait yaradır. Təsadüfi deyil ki, hədislərdə talaq Allahın icazə verdiyi, lakin ən çox nifrət etdiyi halal kimi təqdim edilir. Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur: «Allah talaq qədər nifrət etdiyi bir şeyi halal etməyib… Evlənin, boşanmayın!..».

Xoş Boş An
Yaranmış ixtilafın nədən ibarət olmasından asılı olmayaraq, ayrılıq ədavət və düşmənçiliklə deyil, xoşluqla baş verməlidir: «(Talaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, onları ya (evliliyə qayıtmaqla) yaxşılıqla saxlayın, yaxud (iddə qurtardıqdan sonra mehriyyəni və vacib hüquqları ödəməklə) onlardan xoşluqla ayrılın» («Talaq» surəsi, ayə 2). İslam birgə həyatda olduğu kimi, boşananda da gözəl əxlaqla davranmağı tövsiyə edir. Əgər boşanan tərəflər buna riayət etsələr, yaranmış ixtilaf və anlaşılmazlıqlar əksər hallarda heç ayrılıqla nəticələnməz.
Digər dinlərdə boşanma
Xristianlığın boşanmaya dair əsas konsepsiyası bundan ibarətdir ki, nikah bağlanandan sonra ərlə-arvad ömürlərinin sonunadək ailə həyatlarını nəyin bahasına olur-olsun qoruyub-saxlamalıdırlar. Həyat reallığı ilə hesablaşan bir sıra mütərəqqi xristian din xadimləri istisna hallarda boşanma haqqını tanıdıqlarını elan etdilər. İslam dini isə bu məsələdə reallıqla ayaqlaşır. İnsanları məcburən bir yerdə yaşamağa məcbur etmək məntiqsiz və faydasızdır. Buna görə, xristian aləmində boşanmanı qanuniləşdirməyə nail oldular. Yəhudilik isə elə bir ciddi səbəb olmadan boşanmanı məqbul hesab edir. Məsələn, günlərin bir günü xanım öz ərinin gözündən düşərsə, əri onu rahatca boşaya bilər. Qadının isə boşanmağa, demək olar ki, haqqı yoxdur. Ər inadkarlıq göstərib talaq kağızını verməsə, qadın boşana bilməz. Hələ üstəlik, kişi öz hərəkətlərində sərbəstdir, qadın isə ərli qadın hesab olunur və başqa kişiyə ərə gedə bilməz. Yəhudilikdən fərqli olaraq, İslamda qadın da boşanma təklifi ilə çıxış edə bilər və əri inad edib onu özünə bağlaya bilməz. Müsəlman öz arvadını, sadəcə, ondan xoşu gəlmədiyi üçün boşaya bilməz. Göründüyü kimi, günümüzün gerçəklikləri ilə uzlaşan, ən məntiqi yaxınlaşması olan məhz

İslam şəriət qaydalarıdır.
Kişi 3 dəfə boşadığı qadınla evlənə bilməz
Əgər bir kişi ilə qadın ailə həyatı qurub, sonra boşanarlarsa və yenidən təkrarən bir-biri ilə ailə qurub yenə də boşanarlarsa, daha sonra 3-cü dəfə bir də bir-biri ilə evlənib yenidən boşanarlarsa, bu halda 4-cü dəfə bir-biri ilə yenidən ailə qurmaq dərhal mümkün olmaz. 3 dəfə evlənib-boşanan həmin cütlük yalnız o halda yenidən ailə qura bilər ki, qadın 3 dəfə boşandıqdan sonra başqasına ərə getmiş olsun və tale elə gətirsin ki, ərə getdiyi həmin şəxs də onu boşasın, yaxud dünyasını dəyişsin. Həmin qadın qarşılıqlı razılıq əldə olunduğu təqdirdə, 1-ci əri ilə ailə qura bilər. Bu ona görədir ki, insanlar ailə institutunu dəyərli saysın və ailə həyatına olduqca ciddi yanaşsınlar. Digər tərəfdən, eyni şəxslər arasında təkrarlanan nikah uğursuz alınırsa, gələcəkdə həmin şəxslə ailə qurmaq haqda çox dərindən düşünsünlər. Quranda oxuyuruq: «Əgər (kişi) övrətini yenə də (3-cü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra, Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə (həmin qadının əvvəlinci əri ilə), təkrar evlənməsində günah yoxdur...» («Bəqərə» surəsi, ayə 230). Ancaq yəhudilikdə kişi arvadını bəyənməyib boşayarsa və qadın başqasına ərə gedib yenə də boşanarsa və ya dul qalarsa, birinci əri onunla evlənə bilməz (Qanunun Təkrarı. 24: 1-4).

Mehriyyə
Mehriyyə - nikah zamanı qarşılıqlı razılaşma əsasında ər tərəfindən xanımın mülkiyyətinə verilən pul, zinət əşyası, mal-mülkdür. Nikah bağlanan kimi həmin mehriyyə qadının mülkiyyətinə çevrilir və qadın nə vaxt istəsə, mehriyyəsini ərindən tələb edə bilər. Əgər qadın ərdə olduğu müddətdə mehriyyəsini almayıbsa və boşananda mehriyyəsini tələb edirsə, kişi bunu mütləq verməlidir. Əks halda o, arvadının malını oğurlamışdır və bu, günah hesab olunur. Lakin qadın mehriyyəsini ərinə bağışlaya da bilər.
Boşanmış qadınla ailə qurmaq savabdır
Boşanmış qadınla ailə qurmağın savabı böyükdür. Çünki boşanan qadın qəlbiqırıq qadındır, adətən, zəif və gücsüz olur. Elə Sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd buna bariz nümunədir. Həzrət Məhəmməd dul və boşanmış qadınlarla ailə həyatı qurmuşdur. Halbuki xristianlıqda boşanmış qadınla evlənmək zina hesab olunur: «…Boşanmış qadınla evlənən də zina edir» (Matta; 5:32).

Mənbə: /KARVAN/
 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Lənətlənmiş firon
  • Bu gün müqəddəs Qurban bayramıdır
  • Yerimək xarakteri bəlli edir.
  • Din haqqında kiçik məlumat
  • Özünüzə inanırsınızmı? Özü ...
  •  
     
     (səs sayı: 2)
    Şərhlər (4)  Çap et
     
     

    #1 yazdı: xatun




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Salam! Men bele seylere cox pis baxiram.

    Menim zennimce butun gencler aile qurarken her seyi qabaqcadan fikirlesmelidirler. Aile qurmaq asandir. Amma o aileni dagitmaq ise feleketdir. xatun,
    Eger o ailede er ve ya arvad yola getmirlerse sabah orada boyuyen terbiye alan usaq nece olacaq. Kime hormet qoyacaq.

    am angry no lol [color=#FF6666][/color]
    sitat gətir    

    #2 yazdı: atalay




    Qrup: Oxucu
    Qeydiyyat: 11.06.2008
    slm ben turkıyeden isimim caner yasım 19 tanısmak isteyenler msn nemı eklesınler bu_sehrin_gecleri@rap.de
    sitat gətir    

    #3 yazdı: KLARA




    Qrup: Oxucu
    Qeydiyyat: 14.06.2008
    Her bir insan aile qurarken yalniz evvelin i yox geleceyini de nece olacagini fikirleshmelidir,cunki xasiyyetlerin uygunlugunu tam bilmeden ani olaraq evliliye qerar verirler,evlenmemishden evvel tam fikirleshmey lazimdir,cunki aile ushaq oyuncagi deyilki istediyin vaxt qur ya istediyin vaxt dagit.aile ancaq namus qeyret ve xeyanet uste dagila biler o da son hedde))))
    sitat gətir    

    #4 yazdı: Miss_Romantika




    Qrup: Oxucu
    Qeydiyyat: 25.07.2008
    gozel sozlerdir!!!
    sitat gətir    

    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    İyun 2008    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30