Xazar Blog > Maraqlı > ABŞ-da bir şüşə su 480 dollara satılır

ABŞ-da bir şüşə su 480 dollara satılır


İyul 02. Müəllif: Caspian
ABŞ-da bir şüşə su 480 dollara satılır Dünya alimləri artıq bir neçə ildir mütəmadi olaraq 2010-cu ildən sonra Yer kürəsində içməli suyun miqdarının azalacağını və ölkələrin bir-biri ilə digər təbii ehtiyatlar deyil, məhz su üstündə müharibələr edəcəklərini bəyan edirlər. İndi bu məsələdə problem yaşanmasa da, fırıldaq marketinqçilər 1 şüşə suyu 40 dollara satmağın yollarını tapıblar. Əslində, satılan suyun tərkibində xüsusi maddə və ya qatışıq yoxdur. Onu qiymətli edən məhz şüşəsidir. Paris və Tokioda xüsusi şüşələrdə qablaşdırılmış suyun bir stəkanı 5 dollara satılır. Havay adalarında isə dəniz suyundan əldə edilmiş distillə su alıcılara 33,5 dollara təqdim edilir. Amerikanın Tennessi ştatında fəaliyyət göstərən "Bling H2O" adlı şirkət isə manekenlər vasitəsilə reklam etdiyi 750 qramlıq suyu 40 dollardan satışa çıxarıb. Şirkətin xüsusi olaraq hazırladığı suyun bir şüşəsi isə 480 dollara (!) satılır. Mütəxəssislərin fikrincə, bu suyun bulaqdan axan su ilə heç bir fərqi yoxdur. Sadəcə, fırıldaq marketinqçilər ətraf mühitin çirklənməsi nəticəsində təmiz su tapacağına nagüman olan əhalinin "zəif damar"ını tuta bilib.

Mənbə: Həftə içi