"Madam Tüsso" muzeyində nümayiş etdiriləcək Hitlerin heykəli bir az aralıda yerləşən yəhudi soyqırımı müzeyinin rəhbərliyinin narazılığına səbəb olub.
Bu gün Londonda məşhurların heykəllərindən ibarət ''Madam Tüsso'' muzeyinin açılışı olacaq. Muzey açılmamış bəzi problemlər yaranıb. Belə ki, muzey təşkilatçıları Adolf Hitlerin də heykəlinin orada olacağını bildiriblər. Bir neçə yüz metrlikdə isə yəhudilərin soyqırımını nümayiş etdirən muzey var. Bu məsələdən həmin muzeyin rəhbərliyi narahat olduğunu qeyd edib və bunu bəzi qalmaqalla gətirib çıxara biləcəyini vurğulayıb.
''Madame Tüsso'' muzeyinin rəhbəri bu açıqlamalardan çox narahat olub və qərara gəlib ki, Hitlerin heykəlinin yanında daima əməkdaşlarından biri növbə çəksin. Hətta heykəllə birlikdə şəkil çəkdirilməsinə belə icazə verilməyəcək. Muzey rəhbərliyi bildirib ki, Hitlerin Almaniya tarixində müəyyən yeri var və onu kənarda qoya bilməzlər.
Yəhudi Mərkəzinin sabiq sədri Mişel Friedman, bu hadisəni "pislərin normallaşdırılması" kimi qiymətləndirib və heykəlin muzeydən çıxarılmasını tələb edib.
Yazdı: Banıçiçək /ANS PRESS/