
"Emaar Properties" şirkəti Dubayda dünyanın ən nəhəng fəvvarəsinin inşası haqqında məlumat verib. Dizayn işləri "WET Design"ə, bilavasitə tikinti isə "Turner Construction International"a tapşırılıb. Fəvvarə şəhərin mərkəzindəki gölün ortasında quraşdırılacaq. Su əsərinin uzunluğu 275 metr təşkil edəcək. Layihəyə əsasən, 1 dəqiqə ərzində 20 metrdən 150 metr məsafəyə qədər hündürlüyə 85 min litr su vurulmalıdır. Bütün bunlar isə rəngli tamaşa ilə müşayiət olunacaq. Bunun üçünsə 50 projektor 6600 rəngli çalar yaradacaq. Eyni zamanda fəvvarənin işi zamanı müxtəlif xalqların musiqisi də səslənəcək. Fəvvarə 2009-cu ilin əvvəllərində fəaliyyətə başlayacaq. Hesablamalara əsasən, bu möcüzəyə baxmaq üçün dünyanın hər yerindən ildə 10 milyon turist Dubaya baş çəkəcək.
Mənbə: Həftə içi