Yeddi yaşında ikən ona velosiped almadıqları üçün valideynlərindən küsən Suat Tək indi 30 yaşındadır.
Türkiyənin Bursa vilayətində 30 yaşlı oğlan yeddi yaşından valideynlərindən küsüb.
Bursanın Mustafakemalpaşa mahalına bağlı bir kənddə yaşayan Suat Tək ona velosiped almadıqları üçün ailəsi və yaxınları ilə 23 ildir ki, danışmır.
Suatın atası 1800 nəfər əhalisi olan kənddə cütçülük edərək dolanır. Onun üç uşağından biri olan Suatın velosiped arzusu isə atasının imkansız olması ucbatından reallaşmayıb.
Suat ailəsi ilə danışmasa da, məktəbdə müəllimləri və sinif yoldaşları ilə ünsiyyət qurub. Daha sonra təhsil aldığı sənaye peşə litseyində və daha sonra əsgərlikdə olub.
Suat bu müddət içində ailəsi, yaxınları və kənd sakinləri ilə yazı vasitəsilə ünsiyyətini təmin edib. O, susqunluğunun səbəbini izah etmir, hətta 2006-cı ildə azərbaycanlı qızla evləndirilrkən nigah məmurunun sualına yazaraq cavab verib.
/ANS PRESS/