
Bəzən heyvanlar elə xüsusiyyətlər nümayişləyirlər ki, bir çox insanlara onları anlamaq çətin olur. Əqlə malik olmayan bu məxluqları hərəkətə gətirən hisslər isə tapmaca olaraq qalır. Belə bir hadisə yaxınlarda ABŞ-da baş verib. İt 3 pələng balasını bəsləməyə başlayıb. Onlar iyulun 27-də Kanzas heyvanxanasında dünyaya göz açıblar. Lakin səhəri gün ana pələng balalarını yemləməkdən imtina edib. Təbiətdə bəzən belə hallar baş verir. Ancaq heyvanxana əməkdaşları pələng körpələrini retriver cinsindən olan itə həvalə ediblər. O da öz növbəsində ümidləri puç etməyərək ögey övladlarını yemləməyə başlayıb. İt bir neçə gün öncə öz küçüklərinin yemləmə dövrünü başa vurduğuna görə proses nisbətən problemsiz ötüşüb. Kanzas heyvanxanasının Safari parkının sahibinin sözlərinə əsasən, pələng və it balaları təqribən eyni vaxtda südlə bəslənməlidirlər. Məhz buna görə də itlər pələng balaları üçün ögey valideyn rolunu öz və övladlığa qəbul etdiklərinin səhhətinə ziyan vurmadan oynaya bilərlər. Ümumiyyətlə isə müxtəlif növ heyvanların belə davranmalarına əvvəllər də rast gəlinib. İyunun sonlarında Amsterdam heyvanxanasında pişik panda balalarına analıq etməyə başlayıb. Donuzların pələng, pişiklərin isə canavar balalarına süd verməsi halları da istisna deyil.
Mənbə: Həftə içi
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.