
Nə üçün bəzi hörümçək növləri birləşərək çox iri koloniyalar yaradırlar? Digər növləri isə 10, hətta 100 metrlərlə sahələri əhatə edən torlar qururlar? Məhz bu suallara mütəxəssislər cavab tapmağa cəhd ediblər. Xüsusən də elm adamlarını bir neçə ağacı əhatə edən torlar təəccübləndirir. Əvvəlcə mütəxəssislər bunu qida rasionunda aramağa başlayıblar. Axı nəhəng tora daha çox yem düşür. Sonradan isəg Arizona universitetinin alimləri nəhəng hörümçək torlarının inkişafında indiyə qədər bəlli olmayan qanunauyğunluğu aşkarlayıblar. Onlar müxtəlif ölçülü torlara düşən qurbanları saf-çürük etdikdən sonra qəribə bir nəticəyə gəliblər. Sən demə, daha kiçik torlar nisbətən daha böyük səmərə verir. Söhbət saydan gedir. Bəs elə isə nə üçün hörümçəklər belə böyük qruplarda birləşir və belə nəhəng torlar qururlar? Məsələ burasındadır ki, kiçik torlara düşən qurbanların sayı çox olsa da, onların ölçüsü elə də böyük olmur. Nəhəng torlar isə daha iri böcəkləri və milçəkləri tutub saxlamağa qadirdir. Amma bu da son deyil. Hörümçəklərin sayı təqribən 500-ə çatdıqdan sonra torun məhsuldarlığı artıq hamını yemləməyə yetmir və belədə nəhəng koloniya heç bir problemsiz ikiyə bölünür və ayrılır. Əvvəllər alimlər bu bölmələri müşahidə etdikdə daha çox genetik səbəblərə üstünlük verirdilər. Göründüyü kimi, hər şey daha bəsitdir.
Mənbə: Həftə içi qəzeti
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.