Xazar

Avqust 20

Oyuncaq ayı cinayətkarı yaxalamaqda kömək etdi

Posted by Caspian Filed under Maraqlı | Oxunub (106)

Oyuncaq ayı cinayətkarı yaxalamaqda kömək etdiİngiltərədə 21 yaşlı Emma Sempson adlı qızın oyuncaq ayısı baş verən qarət hadisəsini törədən cinayətkarın yaxalanmasında polisə yardım edib.
Belə ki, qız tərəfindən oyuncağın göz hissəsinə yerləşdirilən mini-kamera Emmanın 75 yaşlı nənəsinin evinə mütəmadi olaraq daxil olub pullarını oğurlayan şəxsin kimliyinin müəyyənləşdirilməsində vasitə olub. Leykemiya xəstəliyindən əziyyət çəkən Telma Sempson Liverpuldakı evindən tez-tez pullarının yoxa çıxması haqda nəvəsinə danışıb. Oğrunun yaxalanması üçün gözəl fikir irəli sürən Emma atası ilə birgə xüsusi mağazadan kiçikölçülü videokamera alaraq onu oyuncaq ayının göz hissəsinə yerləşdirib. Bundan sonra oyuncaq Telma Sempsonun pullarını saxladığı otağın bir küncünə qoyulub. Növbəti oğurluq hadisəsindən sonra kameranın lentinə baxış keçirən Sempson ailəsi kadrlarda 28 yaşlı Yovon Alleni görüblər. Allen yaşlı qadına baxmaq üçün sosial xidmət mərkəzi tərəfindən təhkim edilmiş işçi olub. Videoyazını polisə təqdim edən ailə tezliklə oğrunun yaxalanmasını tələb edib. Hüquq-mühafizə orqanları tərəfindən yaxalanan Alleni indi 6 aylıq həbs gözləyir. Bundan başqa, o, yaşlı qadına 60 funt-sterlinq məbləğində kompensasiya ödəməli olacaq.


Mənbə: Həftə içi

 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.

 (səs sayı: 1)

#1 yazdı: I'Etranger




Qrup: Qonaq
Qeydiyyat: --
Polis ayı. Hə evə lazım. ))) Əla fikirdi. Bütün evlərin müdafiəsini bununla etmək olar məncə)))
sitat gətir    






Kod: Təhlükəsizlik kodu

Kodu yazın:



Bölmələr

İstifadəçi bölməsi

Səs vermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

  • İnformasiya toplamaq
  • Əylənmək
  • Tanışlıq
  • Biznes məqsədi ilə

Məsləhətli keçid

Arxiv

«    Avqust 2008    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31