Sentyabr 20
Zamanda səyahət
Zamanda səyahət ola bilər? Teoridə mümkündür? Mümkün olsa nələrlə rastlaşarıq?
Uşaqkən hamımız böyüdüyümüzü təsəvvür etmişik. Və ya başımıza səhvimizin ucbatından istəmədiyimiz bir hadisə gələrkən peşmançılıq hissi ilə keçmişə qayıtmağı və həmin səhvi etməməyi arzulamışıq. Hər kəs zamanda səyahət etməyi, gələcəyə ya da keçmişə getməyi düşünmüşdür.

Alimlər isə zamanda səyahət mövzusunda biraz təmkinli davranır amma səyahətin mümkünlüyünü rədd etmir. Bununla əlaqədar ilk ciddi cavabı Enşteyn nisbilik nəzəriyyəsi ilə vermişdir. Bu nəzəriyyədə heç bir cism işıq sürətini keçə bilməyəcəyinə görə zamanda səyahət qeyri-mümkündür. Burada işığın sürəti vacibdir çünki maddənin sürəti artdıqca ağırlığı da artar və bu səbəblə maddənin sürəti işıq sürətinə yaxınlaşarsa ağırlığı da sonsuza yaxınlaşar. Halbuki bu nöqtədə işığın və enerjinin ağırlığı sıfırdır. Yəni nəzəriyyə işıq sürətinə çatmanın mümkün olmadığını açıqlayır.

Bir də, bunu qara quyularla açıqlayanlar da var. Qara quyular yaxınlığındakı hər şeyi udan, şiddətli çəkim qüvvəti olan kosmik sahələrdir. Qara quyuların zamanı və görüntüləri də çəkdiyi iddia edilməkdədir. Alimlər əgər qara quyunun çəkiminə dayanabiləcək bir maddə olsaydı zamanda geriyə getməyin mümkün ola biləcəyini deyirlər.

Buna görə bəziləri sadəcə keçmişə, bəziləri isə sadəcə gələcəyə gediləbiləcəyini iddia edir.
Stephen Hawking zamanda səyahət haqqında bunları deyir: "əgər bu mümkün olsaydı indi niyə gələcəkdən gəlmiş insanlarla rastlaşmırıq? Nə vaxtsa zamanda səyahət mümkün olarsa və gələcəkdən gəlmiş, zamanda səyahət eləmiş insanlar aramızda yaşayıb bizi izləyir və bizə gülürlərsə?"

Başqa bir paradoks isə zamanın başlanğıcına gedib Big Bangı və hətta ondan daha əvvəlini görməkdir. Mümkün olsaydı nə olardı? Kainatın olmadığını düşündüyümüz zaman fizika qaydalarının da var olmayacağı səbəbilə zaman maşınının aqibəti isə müəmmalıdır..

Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
Oxşar yazılar

Posted by 