Xazar

Noyabr 07

Qatillərin işini asanlaşdıran icad

Posted by Caspian Filed under Maraqlı | Oxunub (144)

Qatillərin işini asanlaşdıran icadİspaniyalı tədqiqatçılar yeni yuyucu toz icad ediblər. Bu yuyucu toz ev xanımlarından çox, qatillərin işini asanlaşdıracaq. Yeni kimyəvi maddə cinayət yerindəki qan ləkələrini tamamilə yox edir. Valensiya universitetindən olan bir qrup alim tərəfindən kəşf edilən məhsul qan izlərini məhkəmə ekspertizasının testlərində belə görünməyəcək şəkildə təmizləyir. Yeni təmizləmə məhsulunun tərkibində xlor əvəzinə oksigen var. Məhz oksigen hemoqlobinin izlərini silir. Üç nəfərlik qrupa başçılıq edən Fernando Verdu məhsulun dəlilləri ortadan qaldırmaq istəyən qatillər tərəfindən istifadə edilmə ehtimalı ilə əlaqədar olaraq bunları söyləyib: "Cinayəti törətmək asan, tutulmamaq isə çətindir. Qatillərin əksəriyyəti ağıllı deyil. Onların bu tozdan istifadə edəcəklərini sanmıram". Alimlərin yuyucu tozu nə məqsədlə kəşf etdiklərini anlamaq çətindir. Xüsusilə də bu alim cinayəti törətməyi asan sayırsa... Polis qatili aşkar etmək üçün hadisə yerindəki qanlı paltarları ipucu olaraq istifadə edir. Məhkəmə ekspertləri isə bəzi xüsusi kimyəvi maddələrdən istifadə edərək on dəfə yuyulmuş bir paltardakı qan izini belə aşkar edə bilirlər.



Mənbə: Həftə içi

 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.

 (səs sayı: 2)






Kod: Təhlükəsizlik kodu

Kodu yazın:



Bölmələr

İstifadəçi bölməsi

Səs vermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

  • İnformasiya toplamaq
  • Əylənmək
  • Tanışlıq
  • Biznes məqsədi ilə

Məsləhətli keçid

Arxiv

«    Noyabr 2008    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30